...

Türkiyənin "Kocaelispor" klubu sabah "Fənərbaxça"nın məşhur futbolçusu ilə müqavilə bağlaya bilər

Cəmiyyət Materials 27 Yanvar 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçular - Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu sabah "Fənərbaxça"nın oyunçusu Tümər Mətinlə müqavilə bağlaya bilər. Bu barədə çərşənbə axşamı Türkiyə mətbuatı xəbər verib.

Mətin "Beşiktaş" klubunda və Türkiyə yığma komandasındakı çıxışı ilə məşhurlaşıb. Müqavilə ilə "Fənərbaxça"ya məxsus olan futbolçu sonuncu dəfə icarə əsasında Yunanıstanın "Larisa" klubunda çıxış edib.

Türkiyəli futbolçunun Azərbaycanın "Bakı" klubu ilə müqavilə bağlayacağı gözlənilsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər.

Mətinin müqavilə bağlamağa yaxın olduğu "Kocaelispor" klubu Türkiyə Superliqasında 18 komanda arasında 17-ci yerdədir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti