...

Azərbaycanda iki yaşlı oğlunun başını kəsən atanın anlaqsız olduğunu ekspertiza müəyyən edəcək

Cəmiyyət Materials 6 Fevral 2009 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda iki yaşlı oğlunun başını kəsən və hamilə həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirən  paytaxt sakini məhkəmə-tibb ekspertizasından keçiriləcək.

Ötən ilin noyabrında Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Xamis Mürsəlov bıçaqla 2 yaşlı oğlu Nurullanın başını kəsib. Sonra isə hamilə həyat yoldaşı Lamiyə Mürsəlovaya ağır bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Mürsəlov bir neçə gün sonra polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı həbs olunub.

Trend -a cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, keçirilən prosesdə Mürsəlovun vəkili Şəmsəddin Quliyev hüquqlarını müdafiə etdiyi şəxsin anlaqlı olub-olmamasını yoxlamaq məqsədilə məhkəmə tibbi ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb.

Təqsirləndirilənin qohumları məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Mürsəlovun anlaqsız olduğunu bildirib.

Məhkəmə vəkilin vəsatətini təmin edib və Mürsəlov barəsində ekspertizanın keçirilməsi barədə qərar çıxarılıb.

Bu səbəbdən də proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti