Azərbaycan, Bakı, 13 fevral /Trend Life, müxbir Eldar Hüseynzadə/ Azərbaycanın əməkdar artisti, xanəndə Nəzakət Teymurova Cenevrədə, BMT-nin mənzil-qərargahında konsertlə çıxış edəcək. verəcək.
"Qastrollar martın 21-24-nə planlaşdırılıb", - Trend Life-a Teymurova xəbər verib.
"Ola bilər ki, mən İsveçrədə daha bir konsertlə çıxış edim. Amma konsertin keçiriləcəyi yer hələ məlum deyil", - Teymurova bildirib.
Xanəndənin çıxışı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Proqrama muğamlar, eləcə də xalq mahnıları daxil ediləcək. Teymurova Avropada tez-tez qastrol səfərlərində olur. Ötən il o, Türkiyədə və Parisdə YUNESKO-nun mənzil-qərargahında konsert proqramı ilə çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]