...

Xocalı soyqırımı ilə bağlı güllə atıcılığı üzrə yarış keçiriləcək

Cəmiyyət Materials 25 Fevral 2009 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün/ Xocalı faciəsinin 17-ci ildönümü münasibəti ilə Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) tərəfindən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə "Mahir nişançı" turniri keçiriləcək. Bu barədə çərşənbə günü Trend -a AGİN-in mətbuat xidməti məlumat verib.

Turnirə Xocalı soyqırımının baş verdiyi gündə - fevralın 26-da start veriləcək.

Yarışlar Bakının Bakıxanov qəsəbəsində yerləşən texniki idman cəmiyyətinin bazasında keçiriləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti