...

Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının təmin olunması üçün tədbirlər görüləcək - Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 27 Fevral 2009 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan vətəndaşlarının mülkiyyəti toxunulmazdı və mülkiyyət hüquqlarının təmin olunması üçün müvafiq tədbirlər görüləcək, Trend -un məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə günü ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat-konfransda məlumat verib.

"Azərbaycan vətəndaşlarının mənzillərində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün Bakı və Sumqayıt şəhərlərində binalar tikiləcək", - Rzayev əlavə edib.

Azərbaycan məhkəmələri vətəndaşların mənzilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin mənzillərdən çıxarılması barədə qərarlar qəbul etsə də, həmin qərarların icrası Azərbaycanın işğal altındakı torpaqları azad olunana qədər təxirə salınmışdı.

Avropa Məhkəməsinin Akimovanın Azərbaycana qarşı işi üzrə qərarından sonra bu məsələ yenidən baxılmış və vətəndaşların pozulmuş mülkiyyət hüqularının bərpası ilə bağlı tapşırıq verilmişdi. Qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin sayı müəyyənləşdirilib.

Rzayev bildirib ki, artıq bu barədə dövlət səviyyəsuində göstəriş verilib və yaxın zamanlarda binaların tikintisinə başlanacaq.

Ali Məhkəmə sədrinin sözlərinə görə, bu məsələ Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramına salınıb. Həmin binalar hazır olandan sonra vətəndaşların şəxsi mənziləri qaçqın və məcburi köçkünlər tərəfindən azad olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti