...

Azərbaycanın orta məktəb direktorlarının İKT sahəsi üzrə müavinləri olacaq

Cəmiyyət Materials 28 Fevral 2009 11:57 (UTC +04:00)
Azərbaycanın orta məktəb direktorlarının İKT sahəsi üzrə müavinləri olacaq

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın orta ümumtəhsil məktəblərin direktorlarının İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə müavinləri təyin olunacaq

"Məktəbin tədris hissə müdirlərindən biri İKT sahəsi üzrə direktorun müavini təyin ounacaq. İKT-nin tətbiqini bilavasitə bu sahə ilə məşğul olan şəxs təyin etmədən inkişaf etdirmək mümkün deyil", - şənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Təhsil naziri Mərdanovun sözlərinə görə, orta məktəb direktorları və müəllimlərin İKT üzrə kurslardan keçməsi tələb olunur. "Bütün müəllimlər kompyuterlə işləmək bacarığına malik olmalıdırlar. Bu, təhsil sahəsində çox böyük inkişafa səbəb olardı", - nazir qeyd edib.

"Azərbaycanın orta məktəblərinin 70 faizi İKT-dan istifadə imkanına malikdir", - Mərdanov bildirib. "Azərbaycanın orta məktəblərində müəllimlərin sayı 70 min təşkil edir. Əgər hər il 15-20 min müəllim İKT üzrə kurslardan keçərsə, o zaman yeddi-səkkiz ildən sonra İKT təlimi tamamlanacaq", - nazir bildirib.

Azərbaycanda 4 mindən artıq orta məktəb fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti