...

TREND Qadın Jurnalistləri Assosiasiyası tərəfindən ilin ən yaxşı agentliyi seçilib (video)

Cəmiyyət Materials 6 Mart 2009 20:11 (UTC +04:00)
TREND Qadın Jurnalistləri Assosiasiyası tərəfindən ilin ən yaxşı agentliyi seçilib (video)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir E.Rüstəmov /

Cümə günü Bakıda baş tutan tədbirdə TREND İnformasiya Agentliyi Qadın Jurnalistləri Assosiasiyası tərəfindən ilin ən yaxşı agentliyi seçilib.

Assosiasiya sədri Sevil Yusifovanın sözlərinə görə, təşkilat 10 ildir fəaliyyət göstərir və hər il KİV-lərin fəaliyyətini qiymətləndirir.

İlin qadın jurnalisti İctimai Teleradio şirkətinin departament rəhbəri Səidə Musabəyli, Associated Press-in jurnalisti Aida Sultanova, "Strana" qəzetinin baş redaktoru Gülnarə Məmmədzadə və "Qafqaz jurnalistləri" internet saytının Azərbaycan üzrə əlaqələndiricisi Anna Bakulaşvili seçiliblər. 

Ən yaxşı radio Xəzər FM, ən yaxşı xəbər telekanalı isə ATV qəbul edilib.

KİV-lər üçün il ərzində açıq olan strukturlar və şəxslər də mükafatlandırılıblar. Əsasən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, Azərbaycandakı ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson və XİN mətbuat katibliyinin əməkdaşı Elxan Poluxov qeyd olunublar. Eləcə də KİV-lərlə aktiv əməkdaşlığa görə millət vəkili Qənirə Paşayeva, qadınlara dəstəklə bağlı layihələrə etdiyi yardıma görə isə deputat Məlahət Həsənova təltif olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti