...

Azərbaycanda fəaliyyət göstərən dini icmalar radikal və ekstremist qruplara qarşı mübarizənin gücləndirilməsini vacib sayır

Cəmiyyət Materials 17 Mart 2009 15:45 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən dini icmalar radikal və ekstremist qruplara qarşı mübarizənin gücləndirilməsini vacib sayır

Azərbaycan, Bакı, 17 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda fəaliyyət göstərən dini icmalar radikal və ekstremist qruplara qarşı birgə mübarizənin daha da gücləndirilməsini zəruri hesab edirlər.

"Azərbaycan cəmiyyətində zərərli dini meyillərin, qanunsuz nəşr olunan ədəbiyyatların və "Compakt Disk" formatında dini mətnlərin yayılmasında müəyyən maraqlı qüvvələr var", - çərşənbə axşamı Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclasında bildirilib.

Məşvərət Şurasının sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, üzvləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinləri - Salman Musayev, Sabir Həsənli, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının nümayəndəsi Semyon İxiilovdur. 

Azərbaycanda 533 dini icma fəaliyyət göstərir.

Şuranın üzvləri ölkədə dini durumun sabit olduğunu qeyd edərək, Azərbaycan dövlətinin din siyasətinin müsbət nəticələr verdiyini vurğulayıblar. "İclasda son illərdə Azərbaycan hökumətinin fəaliyyəti çox müsbət qiymətləndirilərək ölkəmizdə dini durumun sabitliyinin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıblar", - komitənin məlumatında qeyd edilir.

Şura üzvləri bildiriblər ki, dini qurumları narahat edən məsələlərin öyrənilməsi, cəmiyyətdə genişlənən maarifçilik işləri, zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər dövlət-din münasibətlərinin tənzimlənməsi və ölkədə dini durumun daha da möhkəmlənməsinə xidmət edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti