...

Azərbaycanda azarkeşlər hakimə fiziki təzyiq göstərdiyindən klub cərimələnib

Cəmiyyət Materials 5 May 2009 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsi azarkeşlər hakimə fiziki təzyiq göstərdiyinə görə, "Qarabağ" klubunu 5000 manat cərimələyib.

PFL-in mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, mayın 3-də XVII Azərbaycan Premyer Liqasının XXIV turunun "Qarabağ" - "İnter" matçının 35-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təzyiq göstərmək istəmiş, lakin polis və təhlükəsizlik xidmətinin köməkliyi ilə hakimlər meydandan çıxarılmışdır. Bu hadisə ilə əlaqədar olaraq, stadionda təhlükəsizlik tam təmin olunmadığı üçün meydan sahibi "Qarabağ" klubu 5000 (beş min) manat cərimə olunub.

Ağdam İcra Hakimiyyəti başçısı tərəfindən qarşıdakı oyunlarda təhlükəsizliyin yüksək səviyyədə olacağı haqda PFL-ə zəmanət məktubu göndərilib. Lakin növbəti oxşar hadisənin təkrarlanacağı təqdirdə İntizam Komitəsi daha ciddi tədbirlərə əl atacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti