Azərbaycan, Bакı, 07 may / TrendNews, müxbir A.Hüseynbala /
Azərbaycanlı Tələbələrin və Gənc Mütəxəssislərin Avropa Forumunun (FASE) Berlin bölməsi Almaniya Bundestaqının qərarına əsasən lobbist qurum kimi parlamentdə akreditasiya olunub.
"Bölmənin Bundestaqda maraq qrupu olaraq akreditasiyadan keçməsi təşkilata Almaniya parlamentinin üzvləri və müxtəlif qurumları ilə əməkdaşlıq etmə işini asanlaşdıracaq və Azərbaycan həqiqətlərinin geniş yayılmasına zəmin yaradacaqdır", - cümə axşamı Trend -a FASE-nin mətbuat xidmətindən bildirilib.
FASE-Berlin Almaniyada fəaliyyət göstərən ictimai təşkilat olaraq rəsmi qeydiyyatdan 2008-ci ilin sentyabrında keçib. Təşkilatın əsas məqsədi Almaniyada təhsil alan və yaşayan gəncləri Azərbaycanın gələcəyi ilə bağlı məsələlərə biganə qalmamağa çağırmaq, Almaniyanın müxtəlif strukturlarında milli maraqlarımızla bağlı lobbiçilik işini qurmaqdan ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]