...

Xaricdə təhsil alan bəzi azərbaycanlı gənclər xüsusi xidmət orqanlarının təsiri altına düşür – dövlət komitəsinin sədri

Cəmiyyət Materials 8 May 2009 17:33 (UTC +04:00)
Xaricdə təhsil alan bəzi azərbaycanlı gənclər xüsusi xidmət orqanlarının təsiri altına düşür – dövlət komitəsinin sədri

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri xarici ölkələrdə təhsil alan bəzi gənclərin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşdüyündən narahatdır.

"Xaricdə təhsil alan bəzi gənclər xarici xüsusi xidmət orqanlarının təsiri altına düşür. Bəzən onların təhsil müddəti 10-12 ilədək uzanır. Təbii ki, həmin gənclər ölkəyə qayıtdıqdan sonra narahatçılıqlar yaranır", - cümə günü DQİDK sədri Hidayət Orucov Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Orucovun fikrincə, azərbaycanlı gənclərin xaricdə təhsil alması məsələsi müvafiq icra orqanlarının razılığı ilə həyata keçirilməlidir.

Komitə sədri bildirib ki, bu günədək 434 dini icma qeydiyytdan keçib.

Azərbaycanda 1750 məscid var. Onların 1048-i daimi, 50-si mövsümi fəaliyyət göstərir.

"Ölkədə 551 ziyarətgah var. Təqribən 50-si fəaliyyət göstərir, 14-ü isə qeydiyyata alınıb", - deyə Orucov əlavə edib.

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev çıxışında bildirib ki,

azərbaycanlı gənclərin xaricdə dini təhsil alması məsələsi mütləq müvafiq dövlət orqanlarının razılığı ilə həyata keçirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti