...

Azərbaycanın transsərhəd çayları Ermənistan ərazisində normadan artıq çirkləndirilir-Ekologiya Nazirliyi

Cəmiyyət Materials 14 May 2009 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı 14 may / Trend , müxbir C.Babayeva/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kür və Araz transsərhəd çaylarının Gürcüstan və Ermənistan ərazisində normadan artıq çirkləndiyini açıqlayıb.

Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, mayın I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 315 m3/san artaraq 566 m3/san təşkil edib, cümə axşamı Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 115 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçib.

Xəbər lenti

Xəbər lenti