...

"Bakı" Azərbaycan Premyer-liqasının qalibi oldu

Cəmiyyət Materials 17 May 2009 19:57 (UTC +04:00)
"Bakı" Azərbaycan Premyer-liqasının qalibi oldu

Azərbaycan, Bakı, 17 may / Trend / Azərbaycan Premyer-liqasının sonuncu 26-cı turunun əsas oyunu başa çatıb. Autsayder "Muğan"ı qəbul edən "Bakı" çətinlik çəkmədən qələbə qazanıb və bununla çempionluq sualına aydınlıq gətirib.

Görüş "Bakı"nın 4:0 hesablı qələbəsi ilə sonuclanıb. Qolları Batista, Adamiya və Ticani (dubl) vurublar.

Turun digər matçında ikinci yerdə qərarlaşan "İnter" "Bakılı"nı 5:1 hesabı ilə darmadağın edib. Əgər "Bakı" "Muğan"la oyunda xal itkisinə yol versəydi, Xodukinin yetirmələri qızıl medalları qazanacaqdılar. Lakin möcüzə baş vermədi...

26-cı turun digər matçlarının nəticələri:
 
Karvan - Qarabac 0:0

Qəbələ - Turan 0:1

Olimpik - Neftçi 0:0

Xəbər lenti

Xəbər lenti