...

Azərbaycanın KİV rəhbərləri ilə dövlət strukturları mətbuat xidmətlərinin görüşü keçiriləcək

Cəmiyyət Materials 20 May 2009 14:56 (UTC +04:00)
Azərbaycanın KİV rəhbərləri ilə dövlət strukturları mətbuat xidmətlərinin görüşü keçiriləcək

Azərbaycan, Bакı, 20 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Mətbuat Şurasının sədri hüquq-mühafizə orqanlarının və digər dövlət strukturlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələrərinin görüşünü təşkil edəcək.

"Görüşdə rəsmi qurumlarla kütləvi informasiya vasitələri arasında münasibətlər, ilk mənbədən məlumat almaq sahəsində mövcud olan bəzi problemlərin həlli yolları müzakirə olunacaq", - çərşənbə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Azərbaycan Mətbuat Şurası ali məktəbdə baş vermiş faciənin kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair hesabat hazırlayıb. Hesabatda qeyd edilib ki, faciə barədə qəzetlərdə dərc olunan materiallarda qeyri-dəqiq məlumatlar daha çox olub.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20-si informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

Amaşovun sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciədən sonra görüşün keçirilməsinə bir daha ehtiyac yaranıb. "Biz istəyirik ki, görüşdə Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı kütləvi informasiya vasitələrinin, eləcə də ilk növbədə hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin nümayəndələri iştirak etsinlər. Ali məktəbdəki faciədən sonra məlum oldu ki, bəzi mətbuat orqanları ilk mənbədən informasiya almadan, faktı dəqiqləşdirmədən onu dərc edirlər. Ona görə bir sıra problemlərin müzakirəsinə ciddi ehtiyac var", - şura sədri əlavə edib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti