...

Prokuror Azərbaycanda azyaşlı qızların ölümündə günahlandırılan qardaşlara iş istəyib

Cəmiyyət Materials 21 May 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda azyaşlı qızların ölümündə günahlandırılan qardaşlara prokuror iş istəyib.

Dövlət ittihamçısı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Təvəkkül İsmayılova ömürlük azadlıqdan məhrumetmə, Elnur İsmayılova 15 və Elçin İsmayılova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan qardaşlara Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə cinayət işi açılıb.

İsmayılov qardaşları ötən ilin avqustunda Reyhanə və Nailə Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atıblar.

Nailə Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. Reyhanə Məcidovanın meyiti isə indiyədək tapılmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti