Azərbaycan, Bakı, 25 may / Trend , müxbir E.İsmayılov /
Azərbaycanın futbol yığmasının baş məşqçisi Berti Foqts Uelslə matçda yaxşı nəticələr qazanılacağına ümid edir.
"Mən ümid edirəm ki, biz Uelsə qarşı yaxşı oynayacağıq. Bu görüş mən və mənim komandam üçün böyük əhəmiyyət daşıyır", - bazar etəsi Trend -a Foqts deyib.
Azərbaycan yığması iyunun 6-da DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Uels yığması ilə qarşılacaq.
Bu oyuna qədər Türkiyə milllisi ilə yoldaşlıq matçı da keçiriləcək ki, Foqtsun sözlərinə görə, bu, komanda üçün yaxşı təcrübə olacaq.
Azərbaycan yığması DÇ-2010-un seçmə mərhələsi çərçivəsində dörd oyun keçirib və cəmi bir xal qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]