...

"İlahiyyət" məscidinin normal fəaliyyəti üçün Bakının mərkəzindən uzaqda iritutumlu yeni məscid tikilməlidir - rektor

Cəmiyyət Materials 5 İyun 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir Ü.İsmayılova /  

Bakı Dövlət Universiteti yaxınlığında yerləşən "İlahiyyət" məscidinin normal fəaliyyəti üçün şəhər mərkəzindən uzaqda iritutumlu yeni məscid tikilməlidir, Trend -un məlumatına görə, cümə günü bu barədə Yeni Azərbaycan Partiyasında (YAP) keçirdiyi mətbuat konfransında BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Trend -un arayışı: BDU rəhbərliyi ötən ayın sonlarında məscidin fəaliyyətinin universitetdə dərs keçirilməsinə mane olması barədə müvafiq qurumlara müraciət etmişdir. Bununla bağlı məscidin fəaliyyəti müvəqqəti bağlanmışdır.

Rektorun sözlərinə görə, "İlahiyyat" məscidinin tutumu 250-300 nəfər üçündür. Ancaq son aylarda bəzən məscidə namaz qılmaq üçün 8 min adam gəlir.

"Məscidə gələnlərin əhatə dairəsi bəzən bir kilometr ərazini tutur. Digər tərəfdən yüksək azan səsi universitetdə dərslərin keçirilməsinə maneə olur", - Məhərrəmov əlavə edib.

Onun sözlərinə görə, məscid 1991-93-cü illərdə tikilib. Onun BDU ilə heç bir bağlılığı yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti