...

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında piket keçiriləcək

Cəmiyyət Materials 24 İyun 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif Ədalət Partiyası Rusiya səfirliyi qarşısında piket keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiyanın sədr müavini Mütəllim Rəhimli çərşənbə günü Trend -a bildirib ki, müraciətdə etiraz aksiyasının iyulun 2-də keçirilməsi göstərilib.

"Əgər Etimad İsmayılovun barəsində ədalətli hökm çıxarılmasa, biz Rusiya səfirliyinin qarşısında və onların tədbirlərinə qarşı etiraz aksiyalarına başlaycağıq. Çalışacağıq ona nail olaq ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin diqqətini "Etimad İsmayılovun işi"ndəki qanunsuzluqlara və özbaşınalıqlara yönəldə bilək", - bunu öncə Trend -a Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bildirmişdi.

Trend -un arayışı: Etimad İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin dələduzluq (159.4) və çirkli pulların yuyulması (274/1 4-cü hissəsi) maddələri ilə ittiham irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti