...

Azərbaycan Polis Akademiyası və MTN-in Akademiyasına sənəd vermiş abituriyentlər arasında müsabiqə keçirilib

Cəmiyyət Materials 9 İyul 2009 10:50 (UTC +04:00)
Azərbaycan Polis Akademiyası və MTN-in Akademiyasına sənəd vermiş abituriyentlər arasında müsabiqə keçirilib

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycan Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasından cümə axşamı Trend -a verilən məlumata görə, Polis Akademiyasına keçid balı 407, MTN-in Akademiyasına isə 423 bal olub.

Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, MTN-in Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı  Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Həmin ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr adıçəkilən ali məktəblərə müraciət edərək qeydiyyatdan keçməlidirlər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti