...

Azərbaycanda miqrasiya məsələləri dövlətin nəzarətindədir - Parlamentin Komitə sədri

Cəmiyyət Materials 9 İyul 2009 13:04 (UTC +04:00)
Azərbaycanda miqrasiya məsələləri dövlətin nəzarətindədir - Parlamentin Komitə sədri

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Parlamentinin Komitə sədri respublikada miqrasiya məsələlərinin dövlətin nəzarətində olduğunu deyir, Trend -un məlumatına görə, İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova YAP-ın rəsmi saytına bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan miqrasiya və immiqrasiya prosesindən kənarda deyil.

Aslanova qeyd edib ki, hazırda Azərbaycanda daimi qeydiyyatda olan 4 min nəfərə yaxın miqrant var. Azərbaycanda bir aydan artıq icazəsi olan miqrantların sayı isə 54 min nəfərdən artıqdır.

Trend -un arayışı: Ötən il Dövlət Miqrasiya Xidmətinə müraciət edən 8574 nəfərdən 32-nə immiqrant statusu, 1359-na müvəqqəti yaşayış hüququ verilib, 1410 nəfərin ölkədə qalma müddəti uzadılıb. Qaçqın statusu almaq üçün müraciət edən 87 nəfərdən 1-nə qaçqın statusu verilib.

Xəbər lenti

Xəbər lenti