...

Azərbaycanda turizmin inkişafı üçün Gəncə-Odessa-Gəncə aviareysinin açılması nəzərdə tutulur

Cəmiyyət Materials 21 İyul 2009 13:58 (UTC +04:00)
"Ukraynada yaşayan Azərbaycanın qərb regionundan olan insanların doğma torpaqlarına rahat gəlmələri üçün "Donbasaero" şirkəti Gəncə şəhərinə də reys aça bilər. Gəncədən nümayəndə heyəti Donetskdə "Donbasaero" şirkətinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb", - çərşənbə axşamı Trend News-a Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov məlumat verib.
Azərbaycanda turizmin inkişafı üçün Gəncə-Odessa-Gəncə aviareysinin açılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda turizmin inkişafı və sərnişinlərin rahatlığı üçün Gəncə-Odessa-Gəncə aviareysinin açılması nəzərdə tutulur.

"Ukraynada yaşayan Azərbaycanın qərb regionundan olan insanların doğma torpaqlarına rahat gəlmələri üçün "Donbasaero" şirkəti Gəncə şəhərinə də reys aça bilər. Gəncədən nümayəndə heyəti Donetskdə "Donbasaero" şirkətinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb", - çərşənbə axşamı Trend -a Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov məlumat verib.

Hüseynov bildirib ki, Gəncəyə aviareysin açılmasında əsas məqsəd Azərbaycanın Qərb regionunda yaşayan insanların paytaxt Bakıdan 400 kilometr əlavə məsafə qət etmələrinin qarşısını almaqdır.

"Eyni zamanda Qərb regionunda dağlıq yerlər üstünlük təşkil etdiyindən ukraynalıları, o cümlədən qeyri-millətlərin turist kimi ora cəlb etmək olar. Bu, Azərbaycan iqtisadiyyatına kömək olar", - DAK nümayəndəsi deyib.
 
Hüseynov bildirib ki, Gəncəyə reys açılsa, hər iki istiqamətdə uçuşun qiyməti təxminən 250-300 dollar olacaq. Uçuşun həftədə bir dəfə həyata keçirilməsi planlaşdırılır.

Bu il iyulun əvvəllərindən Ukraynanın "Donbasaero" şirkəti Odessa-Bakı-Odessa reysini həyata  keçirməyə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti