...

Azərbaycan paytaxtında qanunsuz satılan vəhşi heyvanlar müsadirə edilib

Cəmiyyət Materials 29 İyul 2009 14:29 (UTC +04:00)
Bazarda aparılan növbəti reyd zamanı üç ədəd kirpi, üç ədəd biyovul quşu, bir meymun götürülüb. Üç ədəd kirpi, üç ədəd biyovul quşu heyvanxanaya təhvil verilib. Onlar bir müddət karantində saxlandıqdan sonra təbiətə buraxılacaq. Meymunun satışı üçün şəhadətnaməsi olduğu müəyyən edilib.
Azərbaycan paytaxtında qanunsuz satılan vəhşi heyvanlar müsadirə edilib

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri çərşənbə günü paytaxtın "Təzə bazar"ında qanunsuz satışda olan vəhşi heyvanları müsadirə edib.

Bazarda aparılan növbəti reyd zamanı üç ədəd kirpi, üç ədəd biyovul quşu, bir meymun götürülüb. Üç ədəd kirpi, üç ədəd biyovul quşu heyvanxanaya təhvil verilib. Onlar bir müddət karantində saxlandıqdan sonra təbiətə buraxılacaq. Meymunun satışı üçün şəhadətnaməsi olduğu müəyyən edilib.

ETSN iyulun 15-dən ölkə üzrə reydlərə başlayıb. Şamaxı, Zaqatala, Şəmkir, İsmayıllı rayonlarında reydlər aparılıb. Şamaxının turist restoranında heyvanların qanunsuz saxlanılması faktı aşkarlanıb, Bakıda "Xan Bağı" restoranında "Qırmızı Kitab"da olan iki baş ceyran götürülərək Ağ göl Milli Parkına təhvil verilib.

Azərbaycanda vəhşi heyvanların satışı qadağandır. Qanunvericiliyə əsasən, şəhadətnaməsi olmayan vəhşi heyvanların qanunsuz satışına görə, fiziki şəxslər 200-300, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimələnir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti