...

İranda aksiyalarda və həbsxanalarda həlak olanların kütləvi şəkildə dəfn edilməsi ilə bağlı məlumat yayılıb

Cəmiyyət Materials 24 Avqust 2009 16:13 (UTC +04:00)

İranda prezident seçkilərindən sonra keçirilən nümayişlər zamanı, eləcə də həbsxanalarda həlak olanların kütləvi şəkildə dəfn edilməsi ilə bağlı məlumat yayılıb. Bu barədə İmam Xomeyni tərəfdarlarının rəsmi saytı Parliament News xəbər verib.

Saytdakı informasiyaya əsasən, rəsmi İranın etirazlarına baxmayaraq, həlak olan nümayişçilərin və məhbusların "Behişt Zəhra" qəbristanlığında kütləvi şəkildə dəfn edilməsi barədə məlumat mövcuddur.

"Müşarikət" partiyasının Novruz rəsmi saytı məlumat yayıb ki, hakimiyyət iyun ayında nümayişlərdə həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmədən kütləvi dəfnini həyata keçirib. Saytda, həmçinin naməlum qalmaq istəyən qəbristanlıq işçisinin sözlərinə görə, qəbristanlıqda 44 nəfər dəfn edilib.

Saytın məlumatına əsasən, bu şəxslər aşağıdakı nömrəli adsız qəbirlərdə dəfn edilib:

2767-2866-2815-2649-2581-2553-2691-2619-2461-2747-2857-2704-2618-2674-2698-2615-2673-2705-2699

2584-2075-2063-2494-2530-2310-2476-2513-2596-2257-2288-2233-2273-2411-2247-2079-2164-2172-2199

2196-2053-1920-1903-1898-2040.

Parlament nümayəndəsi Həmid Rza Katuziyan MEHR agentliyinə bildirib ki, kütləvi dəfnetməni təsdiqləyən faktlar varsa, o zaman baxılması üçün parlamentə təqdim edilməlidiri.

Onun sözlərinə görə, İranda son zamanlar bir çox şayiələr yayılıb və hər sözə inanmaq olmaz. Lakin İran Parlamentinin Təhlükəsizlik komitəsinin digər üzvü Fərhad Təcəri MEHR agentliyinə bildirib ki, bu məlumat əsassızdır.

Təcərinin sözlərinə cavab olaraq Novruz saytı bu məlumatı yayıb.

Xəbər lenti

Xəbər lenti