NATO-nun Baş katibi Anders Foq Rasmussen Kürdüstan İşçi Partiyasının (KİP) sepratçılarını dərhal təslim olmağa və ölkənin cənub-şərqində müstəqil kürd dövlətinin yaradılması istiqamətində 25 ildir ki, Türkiyəyə qarşı davam edən silahlı müqaviməti dayandırmağa çağırıb, RİA Novosti yazır.
KİP NATO, BMT və Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Separitçıların Türkiyə hakimiyyəti ilə silahlı münaqişəsi 40 min nəfərin həyatına son qoyub.
"KİP dərhal silahı yerə qoymalıdır. KİP-in terror fəaliyyəti qəbuledilməzdir", - Rasmussen cümə axşamı Türkiyəyə Şimali Atlantika Alyansının Baş katibi kimi ilk səfəri ərəfəsində "Sabah" qəzetinə müsahibəsində bildirib.
NATO Baş katibinin bəyanatı Türkiyə hakimiyyətinin uzunmüddətli kürd probleminin həlli üzrə fəal səyləri fonunda səslənib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə rəsmi Ankaranın bu istiqamətdə "radikal tədbirlər" həyata keçirmək niyyəti haqqında bəyanat verib.
Türk ordusunun Baş Qərargahı hakimiyyətin kürd probleminin həlli məsələsində səylərini dəstəklədiyini bildirərək, KİP ilə dialoq imkanını rədd edən bəyanat verib.
"Mən NATO-nun Baş katibi kimi Türkiyənin daxili işlərinə müdaxilə etməyəcəm. Lakin deyə bilərəm ki, Türkiyə hakimiyyətinin terrorizmə, həmçinin KİP-ə qarşı mübarizədə lazımi tədbirlər görməsinin vacibliyi ilə razıyam", - Rasmussen qeyd edib.
Türkiyə KİV-nin məlumatına əsasən, Baş nazir Ərdoğan cümə axşamı televiziya vasitəsilə xalqa müracitə edəcək, müraciətdə hakimiyyətin kürd probleminin həlli üzrə proqramı haqqında məlumat veriləcək. Proqramın təfərrüatları hələ ki, məlum deyil.