...

Livanda hakimiyyət iki həftə ərzində formalaşdırılmalıdır - Prezident

Cəmiyyət Materials 2 Sentyabr 2009 13:48 (UTC +04:00)
Livan Prezidenti Mişel Süleyman çərşənbə axşamı bildirib ki, iki həftə sonra Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasının başlamasına qədər Livanda hakimiyyətin formalaşdırılması prosesinin başa çatması vacibdir.
Livanda hakimiyyət iki həftə ərzində formalaşdırılmalıdır - Prezident

Livan Prezidenti Mişel Süleyman çərşənbə axşamı bildirib ki, iki həftə sonra Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasının başlamasına qədər Livanda hakimiyyətin formalaşdırılması prosesinin başa çatması vacibdir. Bu haqda AFP aqentliyi məlumat verib. Süleyman deyib ki, Nazirlər Kabinetinin formalaşdırılmasının təxirə salınması ölkədə siyasi vəziyyətə mənfi təsir göstərir.

Süleymanın sözlərinə görə, Livan 2010-2011-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlüyə hazırlaşır, lakin parlament seçkilərinin keçirilməsindən üç ay keçsə də, ölkədə hələ də hakimiyyət mövcud deyil.

Livan Prezidenti bütün siyasi partiyaları konstruktiv qərarlar qəbul etməyə və dиалогдан щярякятə keçməyə çağırıb və əlavə edib ki, yaxın müddətdə hakimiyyətin formalaşdırılması vacibdir.

Yeni kabinetin formalaşdırılması iyunda keçirilmiş parlament seçkilərində qalib gələn "Əl-Mustəkbəl" hərəkatının lideri Sadu əl-Xəririyə tapşırılıb. Qərbyönlü siyasətçinin əsas rəqibi Suriya təsir dairəsini dəstəkləyən İran əsilli partiya "Hizbullah"ın daxil olduğu "8 Mart" koalisiyasıdır.

Lakin əl-Xəririnin "14 Mart" koalisiyası ilə "Hizbullah" arasındakı dialoqa baxmayaraq, əl-Xəririnin kabinetində nazirlər vəzifəsinin bölüşdürülməsi ilə bağlı fikir ayrılığı olduğundan yeni hakimiyyətin tərkibi haqqında məsələ indiyə qədər həll olunmamış qalır.

"Hizbullah" həmçinin Livan Prezidenti və Milli Ordunun silahlanmasına veto hüququ verməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti