...

Livanda "Hizbullah" ilə sıx əlaqələri olan biznesmen həbs edilib

Cəmiyyət Materials 3 Sentyabr 2009 13:01 (UTC +04:00)
Livanda “Hizbullah” partiyası ilə sıx əlaqələri olan biznesmen dələduzluqda şübhəli bilinərək saxlanılıb, Küveytin “əl-Vətən” qəzeti xəbər verib.
Livanda "Hizbullah" ilə sıx əlaqələri olan biznesmen həbs edilib

Livanda "Hizbullah" partiyası ilə sıx əlaqələri olan biznesmen dələduzluqda şübhəli bilinərək saxlanılıb, Küveytin "əl-Vətən" qəzeti xəbər verib.

Salah İzza-din müflis olduğunu bəyan etdikdən sonra ötən həftə təslim olub. Livan Ədliyyə Nazirliyinin nümayəndələri bildirirlər ki, İzza-din pulların yuyulması və fırıldaq yolu ilə böyük məbləğdə vəsaitin mənimsənilməsində şübhəli bilinərək həbs olunub.

Hələlik ona rəsmi ittiham irəli sürülməyib.

Livanın şiə partiyası "Hizbullah" İzza-dinin aktivlərinə təxminən 683 milyon manat həcmində vəsait yatırıb, "əl-Vətən" yazır.

İzza-din Livanın şiə dairələrində nüfuza malik olan məşhur biznesmendir. O, Livanda "Hizbullah" üzvləri tərəfindən tərtib edilən dini kitabların, əsasən də şiə təriqəti barədə nəşrlərlə məşhur olan nəşriyyat evinin sahibidir. İzza-din həmçinin uşaq telekanalının sahibi olub.

"Hizbullah" nümayəndələri bildirirlər ki, İzza-dinin partiya ilə sıx əlaqələri olub, onunla "Hizbullah" üzvləri arasında iş müqavilələri barədə məsələ açıq olaraq qalır.

Livan biznesmeninin vəsaitlərinin böyük hissəsi Şərqi Avropada neft layihələri və metallurgiya səneyasinə yatırılıb, buna görə də ötən ilin ortalarında neftin qiymətlərinin düşməsindən sonra İzza-dinə böyük maliyyə ziyanı dəyib, Livan məhkəməsinin nümayəndələri bildiriblər. Zərəri ödəməyə çalışarkən o, livanlı sərmayəçilərin pullarını depozit gəlirlərinin 40 faizini onlara vəd verərək mənimsəyib, irəli sürülmüş ittihamda deyilir.

Livan biznesmeninin dələduzluğunun qurbanları həmçinin "Hizbullah"ın yüksək vəzifəli simaları olub. Onlar arasında partiyanın hüquqşünası Hüseyn Hac Hüseyn də yer alır. Lakin təşkilatın nümayəndələri vəziyyətə şərh verməkdən imtina ediblər.

İzza-din öz xeyriyyəçiliyi ilə də məşhurdur. O, müqəddəs müsəlman şəhərləri Məkkə və Mədinəyə həcc ziyarəti təşkil edən instituta başçılıq edib.

Xəbər lenti

Xəbər lenti