...

Qafqaz müsəlmanlarının dini liderinin yubileyinə 10-dan çox ölkə prezidenti dəvət olunub

Cəmiyyət Materials 15 Sentyabr 2009 14:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubileyinə 10-dan çox ölkə prezidenti dəvət olunub.
Qafqaz müsəlmanlarının dini liderinin yubileyinə 10-dan çox ölkə prezidenti dəvət olunub

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir T.Cəfərov /

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yubileyinə 10-dan çox ölkə prezidenti dəvət olunub.

Paşazadə noyabrın 6-7-də 60 illik yubileyini və Şeyxüislam vəzifəsinə seçilməsinin 30 illiyini qeyd edəcək.

Tədbirə Rusiya, Latviya, Türkmənistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İordaniya, İran və Suriya prezidentləri, həmçinin Orta Asiya ölkələrinin liderləri, Rusiyanın Baş naziri dəvət olunub, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında Paşazadə bildirib.

Onun sözlərinə əsasən, yubiley tədbirinə həmçinin Rusiya və Gürcüstan patriarxları, Roma Papası, Varfolomey kilsəsinin nümayəndələri dəvət olunub.

Tədbirə xarici ölkələrdən 80 nümayəndə, alim teoloqlar dəvət olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti