...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstə üzvlərinə 26 il iş verilib

Cəmiyyət Materials 1 Oktyabr 2009 12:09 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstə üzvlərinə hökm oxunub.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstə üzvlərinə 26 il iş verilib

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstə üzvlərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, cümə axşamı məhkəmənin hökmü ilə Elşən Gəncəliyev və Ramil Fətiyevin hər birinə 9, Elşən Məmmədova 8 il azadlıqdan məhrum etmə cəzası verilib.

Gəncəliyev İrandan əldə etdiyi 415 qram heroini, 1000 qram tiryəki və 935,55 qram həşiş qətranını satış məqsədilə bu ilin fevralın 28-də qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Dəstənin digər üzvləri isə Gəncəliyevi sərhəddə qarşılayarkən yaxalanıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.1, 318.2), qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1,234.2.3) maddələri ilə ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti