...

Bu gün televiziya ictimai maraqların əsas inteqratorudur - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 5 Oktyabr 2009 18:33 (UTC +04:00)
Trend News-un Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ilə müsahibəsi
Bu gün televiziya ictimai maraqların əsas inteqratorudur - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir S.Ağayeva/

Trend -un Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ilə müsahibəsi

- Bu günlərdə Azərbaycan Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev "Azərbaycan" qəzetindəki analitik məqaləsində Azərbaycanın televiziya efirinin bugünkü vəziyyətini dərin təhlil edib. Fikrinizcə, Azərbaycanın televiziya məkanında hansı islahatlar keçirilməlidir?

- Vəziyyətin təhlil edilməsinin vaxtı çoxdan çatıb və Azərbaycan Prezident Administrasiyasının başçısı, akademik Ramiz Mehdiyev öz məqaləsində vəziyyəti kifayət qədər geniş və tam şəkildə təhlil edib, televiziya sahəsində çatışmazlıqları göstərib və dəyişikliklərin edilməsinin vacibliyini bildirib. Məqalənin əsas məğzi televiziyanın bu gün ictimai maraqların əsas inteqratoru olmasından ibarətdir, ictimai diskussiyaların gündəliyi, yaşadığımız sosial model kanalların siyasətinin düzgün formalaşdırılmasından asılıdır.

Bütün sutka ərzində şou-biznes məsələləri və problemləri haqqında danışılsa və göstərilsə, şübhəsiz ki, digər məsələlərə - nailiyyətlər, ölkənin inkişafı və bir çox şeylər, ümumilikdə, bizi əhatə edən hər şeyə marağın itməsinə səbəb ola bilər. Sadəcə boylanmaq və ölkəmizin inkişafı, son illər ərzində həyata keçirilən yeniliklər və əldə olunan uğurlar kimi vacib və əhəmiyyətli məsələləri görmək lazımdır. Təəssüf ki, problem kanalların heç də hər zaman ölkədə baş verən hər bir şeyi effektiv yayımlamamasından və auditoriya qazanmaq istəməsindən ibarətdir, bu isə təkcə şou-biznes deyil.

Hazırkı konteksdə administrasiya rəhbərinin dediyi fikirlərin düzgün anlaşılması vacıbdir. Heç kim cəmiyyətin müəyyən hissəsinin maraqlarını təmsil edən şou-biznes məsələlərinin müzakirə olunmasına qarşı çıxmır. Amma məhdud tamaşaçı auditoriyası olan primitiv yumoristik proqramların vaxtı keçib. İnformasiya-kommunikasiya texnologiyasının yaxşılaşdırılması üçün dünyadakı transformasiyalara çatmaq vacibdir. Təəssüflər olsun ki, bəzi kanallarda bu müşahidə olunmur. Administrasiya rəhbəri də məhz bu barədə yazmışdı.

Niyə Azərbaycanda "Ağıllılar" kimi televiziya verilişləri yoxdur? Və ya "Breyn-rinq" kimi verilişlər yox oldu? Axı yerli telekanallarda anoloji proqramlar var idi. Və ya nə üçün yerli kanallarda, bəziləri istisna olmaqla, keyfiyyətli analitik proqramlar mövcud deyil? Administrasiya rəhbərinin dediyi kimi, Azərbaycana və ümumilikdə, bütün dünyaya aidiyyatı olan xarici siyasət məsələləri demək olar ki, telekanallarda müzakirə olunmur.

Məqalənin məğzini düzgün anlamaq lazımdır. Belə ki, söhbət yalnız efir keyfiyyətinin yüksəldilməsindən getmir. Bu gün ictimai rəy və maraq TV, internet, radio və müəyyən qədər də qəzetlər vasitəsilə formalaşır. Ona görə də telekanallarda göstərilənlər milli maraqlara cavab verməlidir.

- Məqalədə Azərbaycan telekanallarında gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən proqramların yayımlandığı göstərilir. Sizcə, kanal rəhbərliyi belə proqramların tarazlaşdırılması üçün necə siyasət yürütməlidirlər?

- Administrasiya başçısının dediyi kimi, intellektual səviyyənin artırılması, gənc nəslin mənəvi-əxlaqi cəhətdən tərbiyələndirilməsi istiqamətinə yönəldilmiş maarifləndirici proqramların yayımlanmasına diqqətin ayrılması vacibdir. Telekanalların başlıca vəzifəsi dövlət və cəmiyyət qarşısında duran vəzifələrin başa düşülməsi ilə müəyyənləşdirilməlidir. Hakimiyyətin əsas prioriteti effektiv dövlətçiliyin formalaşdırlması, cəmiyyət həyatının modernləşdirilməsi, iqtisadi vəziyyətin artırılması, demokratikləşmə və təsirli vətəndaş cəmiyyətinin yaradılmasıdır. Telekanallar kimi digər informasiya resursları da bu məqsədə xidmət etməlidirlər.

Qeyd etmək lazımdır ki, adminstrasiya rəhbəri tərəfindən qaldırılan problemlər yalnız televiziya ilə bağlı deyil. Bu problemlərdən biri haqqında danışmaqla Prezident Administrasiyasının başçısı ölkənin media ictimaiyyəti qarşısında duran bütün məsələlərə toxunub. Hazırda çoxsaylı internet resursları, radiolar mövcuddur, yüzlərlə qəzet və jurnallar nəşr edilir. Müvafiq olaraq, bu nəşrlər və resurslar, həmçinin radiokanallar yalnız şou-biznes barəsində deyil, həmçinin onların qarşısında duran intellektual və maarifləndirici missiya bərədə düşünməlidirlər.

Qəzetlər faktlara əsaslanan, asılı olmayan və keyfiyyətli informasiyanın bələdçisi rolunda çıxış etməlidirlər. Lakin bəzi informasiya vasitələri, xüsusilə də qəzetlər hələ də keyfiyyətli informasiya və analitik yazıların az olduğunu nümayiş etdirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti