Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Bu gün Gəncə Apellyasiya Məhkəməsində Hüseyn Arabulun vəkillərinin apellyasiya şikayətinə baxılıb və məhkəmə Arabulun həbs olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2 il azadlıqdan məhrumetmə cəzasını ləğv edib. Bu barədə Trend -a Arabulun vəkili Abbas Atakişi məlumat verib.
Vəkil bildirib ki, 2 il azadlıqdan məhrumetmə cəzası ləğv edilib və onun barəsində əvvəlki məhkəmə qərarı da (5 il şərti cəza) nəzərə alınaraq, 3 il 6 ay şərti cəza verilib.
Trend -un arayışı: 2007-ci ildə "Barmek-Azərbaycan" şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilmişdi. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar vermişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]