...

Azərbaycanın Sumqayıt şəhərində zirzəmilər qrunt sularından təmizlənir

Cəmiyyət Materials 10 Noyabr 2009 11:14 (UTC +04:00)
Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 59 sulu zirzəmi qalıb.
Azərbaycanın Sumqayıt şəhərində zirzəmilər qrunt sularından təmizlənir

Azərbaycan, Bakı, 10 noyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində zirzəmilərin qrunt sularından təmizlənməsi davam edir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq Sumqayıtda bir sıra işlər görülüb.

Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 59 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 30-u MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 14-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir.

Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.

Son olaraq, 41-cı məhəllədə yerləşən 1a və 1 b saylı binaların zirzəmilərində qurudulma işləri aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti