...

Azərbaycanda ilin sonuna qədər əfv fərmanı imzalana bilər

Cəmiyyət Materials 14 Noyabr 2009 11:28 (UTC +04:00)
"Əfv üçün məhbuslardan daxil olan ərizələrə baxılıb və komissiyaya təqdim olunub”, - şənbə günü Trend News-a Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.
Azərbaycanda ilin sonuna qədər əfv fərmanı imzalana bilər

Azərbaycan, Bakı, 14 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü ilin sonuna qədər əfv fərmanının imzalanacağını istisna etmir.

"Əfv üçün məhbuslardan daxil olan ərizələrə baxılıb və komissiyaya təqdim olunub", - şənbə günü Trend -a Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.

Trend -un arayışı: Milli Məclisin üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 10-da doqquz min məhbusa aid ediləcək "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qanun layihəsini parlamentə təqdim edib və sənəd parlament tərəfindən qəbul edilib. Layihədə 1700 məhbusun azadlığa buraxılması nəzərdə tutulurdu.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Axundovanın sözlərinə görə, Əfv Komissiyasında müzakirələrin yubanmasının əsas səbəbi martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın təşəbbüsü ilə ilin əvvəlində qəbul edilən Amnistiya Aktı ilə bağlı olub. "Amnistiya ilə azadlığa buraxılanlar arasında bizə əfv üçün müraciət edən məhbuslar da var. Həmin məhbusların siyahısı artıq ayrılıb", - millət vəkili əlavə edib.

Komissiya üzvü deyib ki, əfv üçün müraciət edən min nəfərdən çox məhbusun demək olar ki, yarısına amnistiya şamil olunub. "Düşünürəm ki, bu çətin proses başa çatdığından komissiyanın müzakirələrə başlaması gözlənilir. Bu səbəbdən ilin sonlarında əfv fərmanının imzalanacağı da gözlənilir", - Axundova vurğulayıb.

Millət vəkili onun özünə yüzə yaxın məhbusun əfv üçün müraciət etdiyini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti