...

Azərbaycanda məhkumlar arasında keçirilən "Breyin-rinq" intellektual oyununun qalibi müəyyən edilib

Cəmiyyət Materials 19 Noyabr 2009 14:45 (UTC +04:00)
Noyabrın 11-dən 15-dək cəzaçəkmə müəssisələrinin məhkumları arasında "Breyin-rinq" intellektual yarışı keçirilib. Yarışlarda 2, 16 və 17 saylı cəzaçəkmə müəssisələrinin komandaları qalib olub və finala vəsiqə alıblar.
Azərbaycanda məhkumlar arasında keçirilən "Breyin-rinq" intellektual oyununun qalibi müəyyən edilib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumlar arasında keçirilən "Breyin-rinq" intellektual oyununun qalibi müəyyən edilib.

Noyabrın 11-dən 15-dək cəzaçəkmə müəssisələrinin məhkumları arasında "Breyin-rinq" intellektual yarışı keçirilib. Yarışlarda 2, 16 və 17 saylı cəzaçəkmə müəssisələrinin komandaları qalib olub və finala vəsiqə alıblar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən cümə axşamı Trend -a verilən məlumata görə, finalda 16 saylı cəzaçəkmə müəssisəsinin komandası qalib gəlib.

Yarış Penitensiar Xidmət və Bakı Şəhər İdman və Gənclər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib. Qaliblər İdarə tərəfindən hazırlanmış diplomlarla təltif olunub və hədiyyələrlə mükafatlandırılıblar. Həmin gün 2 saylı cəzaçəkmə müəssisəsində müasir avadanlıqlarla təchiz olunmuş yeni komyuter zalı məhkumların istifadəsinə verilib.

Bundan öncə 4, 5, 6, 15 saylı müəssisələrdə və tərbiyə müəssisəsində kompyuter otaqları açılıb və ingilis dili kursları təşkil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti