...

Azərbaycan paytaxtında iki nəfəri qətlə yetirən Gürcüstan vətəndaşına hökm oxunub

Cəmiyyət Materials 24 Noyabr 2009 18:31 (UTC +04:00)
Azərbaycan paytaxtında 6 il əvvəl iki nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Gürcüstan vətəndaşının məhkəməsi başa çatıb.
Azərbaycan paytaxtında iki nəfəri qətlə yetirən Gürcüstan vətəndaşına hökm oxunub

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında 6 il əvvəl iki nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Gürcüstan vətəndaşının məhkəməsi başa çatıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gürcüstan Respublikasının vətəndaşı Nazim Acalova 15 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Acalov Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə (120.2.1), tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə (120.2.5), başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə (120.2.6) və təkrar adam öldürmə (120.2.10) maddələri ilə ittiham olunub.

İttihama görə, 2003-cü il aprelin 3-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılan kişi və qadın meyitlərinin kimliyi müəyyənləşib. Həmin tarixlərdə Xətai Rayon Prokurorluğu tərəfindən CM-in 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılıb. Lakin meyitlərin şəxsiyyətləri və cinayəti törətmiş şəxslər müəyyən edilmədiyindən hər iki cinayət işi üzrə icraat həmin ilin oktyabrında dayandırılıb.

Bu il yanvarın 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən iş üzrə icraat təzələnərək intensiv istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin meyitlərin 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Askarov Ramin Nizamoviç və onun anası 1957-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Askarova Göyçək Abdulla qızı olduğu müəyyənləşib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti