...

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb

Cəmiyyət Materials 25 Noyabr 2009 11:48 (UTC +04:00)
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb, bu barədə çərşənbə günü Trend News-a Dövlət Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqə Sektorundan məlumat verilib.
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb, bu barədə çərşənbə günü Trend -a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqə Sektorundan məlumat verilib.

Məlumata görə, bu ilin 9 ayı ərzində əmək pensiyaçılarının sayı 23 712 nəfər artaraq noyabr 1-nə olan statistikaya əsasən, 1.298 850 nəfərə çatıb. Ümumilikdə ölkə üzrə əmək pensiyaçıları arasında qadınların sayı daha coxdur. Hazırda əmək pensiyaçılarının 60,5 faizi (785 146 nəfər) qadınlar, 39,5 faizi (513 704) isə kişilərdir. Qadınlardan 383 547 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9 880 nəfər təşkil edir.

Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı 4560 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138 311 nəfərdir. Onlardan 22 nəfəri Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.

Əmək pensiyasının 3 növü vardır - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti