...

Azərbaycanda bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqi aparılıb

Cəmiyyət Materials 7 Dekabr 2009 13:15 (UTC +04:00)
"Söz Azadlığını Müdafiə Fondu (SAMF) növbəti dəfə bələdiyyələrin fəaliyyətləri ilə bağlı problemləri araşdırıb", - bazar ertsəi Trend News-a fonddan bildirilib.
Azərbaycanda bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqi aparılıb

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə fəaliyyətinə həsr olunan KİV-lərin monitorinqi aparılıb.

"Söz Azadlığını Müdafiə Fondu (SAMF) növbəti dəfə bələdiyyələrin fəaliyyətləri ilə bağlı problemləri araşdırıb", - bazar ertsəi Trend -a fonddan bildirilib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Noyabr ayında aparılan monitorinq nəticəsində məlum olub ki, bələdiyyələrin fəaliyyətinə həsr olunan yalnız iki mətbu orqanı "Bələdiyyə həyatı" və "Şəki bələdiyyəsi" qəzeti işıq üzü görüb. "Xatırladaq ki, birinci mətbu orqanı Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsinin, ikincisi isə Şəki bələdiyyəsinin təsisçiliyi ilə çap olunur. Adıçəkilən qəzetlər ayda iki dəfə olmaqla 1000-1500 tirajla nəşr olunur", - məlumatda qeyd edilir.

SAMF monitorinq çərçivəsində fəaliyyətini bu və ya digər səbəblərdən dayandıran bələdiyyə media qurumları barədə də araşdırma aparıb. "Təşkilatın ekspert qrupunun monitorinqi zamanı məlum olub ki, 5 mətbu orqan, 2 jurnal fəaliyyətini maliyyəsizlik ücbatından dayandırıb. Bələdiyyələrin fəaliyyətinə həsr olunan 4 internet resursundan hazırda yalnız bim.az, brm.az və municipality.az saytları istifadədir. Belediyye.org saytı isə fəaliyyətini dayandırıb. İnternet resursları arasında municipality.az saytı gündəlik yeniləşdirilir. Digər üç sayt qrant proqramı əsasında yaradılıb", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti