...

Azərbaycanda yenidən qeydiyyata alınan daha 27 dini icmaya şəhadətnamə verilib

Cəmiyyət Materials 8 Dekabr 2009 13:39 (UTC +04:00)
Trend News-un məlumatına görə, bununla bağlı çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.
Azərbaycanda yenidən qeydiyyata alınan daha 27 dini icmaya şəhadətnamə verilib

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda yenidən qeydiyyata alınan daha 27 dini icmaya şəhadətnamə verilib.

Trend -un məlumatına görə, bununla bağlı çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şəhadətnamələri dini icmalara təqdim edib.

Trend -un arayışı: İndiyə qədər 48 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edilib.

Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.

2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i İslam, biri isə Sumqayıt şəhərində fəaliyyət göstərən qeyri-islam təmayüllü "Kübar" yəhudilər dini icmasıdır.

Qeydiyyat şəhadətnamələri verilən 27 dini icmanın əksəriyyəti Azərbaycanın rayonlarında fəaliyyət göstərən islam yönümlüdür.

Qeydiyyatdan keçən icmalar arasında Azərbaycan yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması da var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti