...

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb

Cəmiyyət Materials 19 Dekabr 2009 10:41 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, Təmizlik Departamenti tərəfindən cari ilin ötən dövrü ərzində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq 25 ədəd xüsusi təyinatlı avtomaşınlara 2 növbəli iş rejimi tətbiq edilib.
Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıtda məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend -a verilən məlumata görə, Təmizlik Departamenti tərəfindən cari ilin ötən dövrü ərzində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq 25 ədəd xüsusi təyinatlı avtomaşınlara 2 növbəli iş rejimi tətbiq edilib.

Departamentdən verilən məlumata görə, hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 220 ədəd tullantı qəbulu məntəqəsi mövcuddur ki, həmin məntəqələrdə də 1300 ədəd konteyner düzülüb. Sıradan çıхan kоntеynеr tam təmir еdilərək istifadəyə yararlı hala gətirilib, ərazilərdən tоplanıb daşınan məişət tullantıları isə şəhər pоliqоnunda zərərsizləşdirilib.

Cari ilin hazırkı dövrünədək müəssisəyə 5 ədəd yeni tipli tullantı daşıyan avtomaşın və 1 ədəd ekskavator yükləyici alınıb. Məişət tullantılarının daşınması üzrə 2810 müqavilə imzalanıb, onların 1690-ı fiziki şəxslər, 1120-si isə hüquqi şəxslər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti