...

Azərbaycandan Rusiyaya narkotik maddələr aparmağa cəhd göstərən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 29 Dekabr 2009 18:23 (UTC +04:00)
Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparmağa cəhd göstərən 11 nəfərlik dəstə üzvlərinə hökm oxunub.
Azərbaycandan Rusiyaya  narkotik maddələr aparmağa cəhd göstərən dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 29 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparmağa cəhd göstərən 11 nəfərlik dəstə üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə İlqar Abdullayevə 15 il 3 ay, Əhməd Quluzadəyə 15, Azər Quliyevə 13, dəstənin digər 8 üzvünün hər birinə 14 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

MTNDaxili İşlər Nazirliyi (DİN) tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan dəstədən 62 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb.

Azərbaycan vətəndaşları - Xangəldi Əliyev, onun qardaşı Firuz Əliyev, Rauf Əhədov, Azər Quliyev və başqaları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan həşişi satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən və nəzarətindən kənar keçirib Rusiya Federasiyasına aparmağa cəhd göstəriblər. Onlar narkotikanı "Baki-Tümen" qatarında gizlədərək Rusiyaya keçirmək istəyiblər.

MTN və DİN əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin qatarın vaqonuna baxış zamanı gizli saxlanc yerindən qrupun üzvlərinə məxsus narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına cəhd (29, 206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (234.4.1) və külli miqdarda törədildikdə (234.4.3-cü ) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti