...

Gizli materiallar sübut edir ki, Stepan Şaumyan Daşnaksütun Partiyası Bakı Komitəsinin üzvü olub - Yaqub Mahmudov (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Yanvar 2010 14:43 (UTC +04:00)
Gizli materiallar sübut edir ki, Stepan Şaumyan Daşnaksütun Partiyası Bakı Komitəsinin üzvü olub. Bu cür bəyanatla Azərbaycanın Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov cümə günü mətbuat konfransında çıxış edib.
Gizli materiallar sübut edir ki, Stepan Şaumyan Daşnaksütun Partiyası Bakı Komitəsinin üzvü olub - Yaqub Mahmudov (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir M.Əliyev/

Gizli materiallar sübut edir ki, Stepan Şaumyan Daşnaksütun Partiyası Bakı Komitəsinin üzvü olub. Bu cür bəyanatla Azərbaycanın Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov cümə günü mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, 26 Bakı komissarının fəaliyyətinə dair arxiv materiallarında aşkar edilən gizli teleqram və sənədlər sübut edir ki, 1918-ci il sentyabrın 20-də Bakı komissarlarının güllələnməsindən sonra sağ qalan Şaumyan 10 gün ərzində quru payok və 17 rubl alaraq Krasnovodsk həbsxanasında saxlanılıb.

Yeni tapılmış materiallar Mahmudovun "1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilmiş Soyqırım" adlı kitabında toplanıb.

Mahmudovun fikrincə, ermənilər 26 Bakı komissarının liderlərindən biri Azərbaycanda daşnaklara qarşı məhvetmə xəttini tutmayan Məşədi Əzizbəyovun fəaliyyətsizliyindən istifadə ediblər.

Araşdırmalar göstərir ki, Daşnaksütun Əzizbəyovun fəaliyyətsizliyindən istifadə edən internasionalızm ideyaları ilə maskalanıb.

"Son zamanlar bir çox kitab, monoqrafiya və elmi nəşrlərdə 26 Bakı komissarının fəaliyyəti, Qarabağ tarıxı barədə yazılıb", - Mahmudov deyib.

"Son zamanlar məşhur olan kitablardan biri də altı dilə tərcümə edilib beynəlxalq kitab sərgilərində nümayiş etdirilən "Qarabağ tarixi" kitabıdır", - tarixçi deyib.

Onun sözlərinə görə, ermənilər bu vaxta qədər həmin nəşrə reaksiya verməyiblər, belə ki, həmin kitabda təqdim olunmuş faktlar sənədlərə əsaslanaraq təsdiq edilib. "Biz həmin kitabda Ermənilərin Cənubi Qafqaz ərazisində törətdiklərini sənədlərə əsaslanaraq sübut etmişik", - o deyib.

"İrəvan xanlığı" kitabında sübut edilib ki, həmin şəhər Azərbaycanın olub və 1918-ci ildə Ermənilərə verilib. O, həmçinin ermənilərin həmin şəhərdə Azərbaycanın mədəni abidələrinə qarşı varvar münasibətini göstərib, təxminən yeddi məscidin və Azərbaycanın digər memarlıq abidələrinin məhv edilməsini misal göstərib.

"İrəvan xanlığı" kitabı arxiv sənədləri əsasında üç il ərzində yazılıb.

AMEA-nin Tarix İnstitutu həmçinin "Qarabağ tarixi", "Naxçıvan" və "Car Balakən xanlığı" kitablarını hazırlayıb.

Xəbər lenti

Xəbər lenti