...

Bakıda bədii gimnastika üzrə açıq birincilik keçiriləcək

Cəmiyyət Materials 1 Fevral 2010 14:24 (UTC +04:00)
Fevralın 5-6-da Azərbaycan paytaxtında Bədii Gimnastika üzrə Açıq Birincilik keçiriləcək.
Bakıda bədii gimnastika üzrə açıq birincilik keçiriləcək

Azərbaycan, Bakı, 01 fevral / Trend , F.Hüseynli/

Fevralın 5-6-da Azərbaycan paytaxtında Bədii Gimnastika üzrə Açıq Birincilik keçiriləcək.

Tədbirdə həm paytaxtın cəmiyyətlərindən, həm də digər şəhərlər və ölkələrin idman təşkilatlarından 118 gimnast iştirak edəcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Bakı Gimnastika məktəbi və Respublika İdman Kompleks məktəbləri "Neftçi" və "Təhsil", "Spartak" və "Sərhədçi", "Zirvə" və DİN İdman cəmiyyətinin gimnastları ilə yanaşı Gəncədən, Bolqarıstandan iki gimnast, Gürcüstandan dörd gimnast və Ukraynadan doqquz gimnast iştirak edəcək.

Yarışa həmçinin Xırdalandan olan gimnastlar da qatılacaqlar.

Gimnastlar dörd yaş qrupuna (1995-97, 1998-99, 2000 və 2001-ci il təvəllüdlü) bölünəcəklər və mübarizə aparacaqlar.

Gimnastların çıxışlarının qiymətləndirilməsində yerli, gürcüstanlı və ukraynalı münsiflərlə yanaşı, beynəlxalq dərəcəli hakimlər Mariya Petrova (Bolqarıstan) və Draqana Terziç (Serbiya) iştirak edəcəklər.

Yarış 5 fevral saat 10:00-da, fevralın 6-da saat 11:00-da başlanacaq. Yarış Bakı İdman Kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti