Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə fevralın 15-dən 21-nə kimi Fransada keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (TQBA) iclasında iştirak edəcək. Bu barədə Dövlət Komissiyasının məlumatında bildirilib.
Tədbir zamanı müxtəlif ölkələrin təhsil sistemində qiymətləndirmə mexanizmi, qayda və standartları və bu sistemlərin müqayisəli təhlili müzakirə ediləcək.
Bundan əlavə iclasda bu ilin sentiyabrında assosiasiyanın Taylandda keçiriləcək konfransına hazırlıq prosesi müzakirə ediləcək.
TQDK sədri Məleykə Abbaszadə TQBA-nın 2007-ci ildən həqiqi üzvüdür.