...

AFFA və UEFA prezidentləri arasında Nyonda görüş keçiriləcək

Cəmiyyət Materials 11 Mart 2010 10:59 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və UEFA prezidentləri arasında görüş keçiriləcək.
AFFA və UEFA prezidentləri arasında Nyonda görüş keçiriləcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və UEFA prezidentləri arasında görüş keçiriləcək.

AFFA-nın mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, martın 12-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın prezidenti Mişel Platini ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçiriləcək. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədovun iştirak edəcəyi görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat veriləcək, yeni layihələr müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti