...

Prokuror Rusiyada və Qazaxıstanda qətllər törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşınıa cəza istəyib

Cəmiyyət Materials 16 Mart 2010 15:13 (UTC +04:00)
Prokuror Fərzəliyevin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Rusiyada və Qazaxıstanda qətllər törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşınıa cəza istəyib

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir H.Bağırov/

Rusiyada və Qazaxıstanda ağır cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayon sakini Fəzail Fərzəliyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Fərzəliyevin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Martın 19-da hökm elan ediləcək.

Fərzəliyev Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə ittiham edilərək, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsxanada cəza çəkdiyi müddət ərzində törətdiyi daha ağır cinayətin üstü açılıb.

Müəyyən edilib ki, Rusiya Federasiyası və Qazaxıstanda qəsdən adam öldürüb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri, Şəmkir Rayon Polis Şöbəsi, Abşeron Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərzəliyev yenidən məsuliyyətə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti