...

Mexikoda Novruz bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 23 Mart 2010 17:38 (UTC +04:00)
Mexiko şəhərində "Westhill" məktəbində Beynəlxalq Gün çərçivəsində Novruz bayramı qeyd olunub.
Mexikoda Novruz bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 23 mart / Trend , müxbir S.Ağayeva/

Mexiko şəhərində "Westhill" məktəbində Beynəlxalq Gün çərçivəsində Novruz bayramı qeyd olunub. Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə tələbələr Azərbaycan haqqında informasiya guşəsi hazırlayıblar, həmçinin ölkənin mədəniyyəti və adət-ənənələri, Novruz bayramı, onun Azərbaycanda geniş keçirilməsi barədə məlumat verilib. Bu barədə səfirliyin məlumatında deyilir.

İspan dilində Azərbaycan haqqında kitablar paylanılıb, həmçinin qonaqlar Azərbaycan suvenirləri ilə tаnış olublar.

İştirakçılar Azərbaycan milli mətbəxinin, eləcə də ənənəvi bayram şirniyyatlarının dadına baxıblar.

Meksikaya xas olmayan küləkli hava şəraitinə baxmayaraq bayram tədbiri baş tutub.

Xəbər lenti

Xəbər lenti