...

Qaliblər mükafatlandırılıb

Cəmiyyət Materials 25 Mart 2010 15:35 (UTC +04:00)
Bu gün Azərbaycan Basketbol Federasiyası rəyasət heyətinin üzvləri “Novruz-2010” beynəlxalq basketbol turnirinin qalibləri ilə görüş keçirdi. Bu barədə qurumun icraçı-direktoru Rüstəm Rüstəmov açıqlama verib.
Qaliblər mükafatlandırılıb

Bu gün Azərbaycan Basketbol Federasiyası rəyasət heyətinin üzvləri "Novruz-2010" beynəlxalq basketbol turnirinin qalibləri ilə görüş keçirdi. Bu barədə qurumun icraçı-direktoru Rüstəm Rüstəmov açıqlama verib.

Görüşdə federasiyanın prezidenti Nadir Nəsibov qalibləri salamlayaraq, bu mötəbər yarışda yığmamızı qələbə münasibətilə ürəkdən təbrik etdi. Federasiyanın prezidenti xüsusi qeyd edib ki, bu zəfər Avropa Çempionatının seçmə yarışlarında komandamızın uğurlu çıxışına tutarlı təməl olacaq.

Daha sonra federasiyanın baş katibi Qəhrəman Məmmədyarov və baş məşqçi Elxan Əliyev çıxış ediblər.

Görüşün sonunda yığma komandanın üzvlərinə Azərbaycan Basketbol Federasiyasının fəxri diplomları və mükafatları verilib.

Xəbər lenti

Xəbər lenti