...

Azərbaycanda narkotik alverində təqsirləndirilən kriminal avtoritetə 6 il cəza verilib

Cəmiyyət Materials 30 Mart 2010 16:42 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə kriminal aləmdə "Dərzi Taleh" ləqəbi ilə tanınan Salyan rayon sakini, 1963-ci il təvəllüdlü Taleh Nüsrət oğlu Şükürov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda narkotik alverində təqsirləndirilən kriminal avtoritetə 6 il cəza verilib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda narkotik alverində təqsirləndirilən kriminal avtoritetə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə kriminal aləmdə "Dərzi Taleh" ləqəbi ilə tanınan Salyan rayon sakini, 1963-ci il təvəllüdlü Taleh Nüsrət oğlu Şükürov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə və ya saxlama (234.1), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə ittiham olunub.

Salyan rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının keçirtdiyi əməliyyatlar nəticəsində 2009-cu il sentyabrın 3-də Şükürovdan 1 kiloqram 755 qram tiryək aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti