...

Türkiyədə Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər

Cəmiyyət Materials 31 Mart 2010 13:08 (UTC +04:00)
Türkiyədə Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər
Türkiyədə Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir M.Əliyev/

 Türkiyədə 1915-ci ildə - Çanaqqala döyüşlərində - həlak olan 3 minə yaxın azərbaycanlı  şəhid əsgərin xatirəsinə abidə ucaldıla bilər  Bu barədə jurnalistlərə çərşənbə günü Türkiyədən səfərdən qayıdan Milli Məclisin deputatı Gülər Əhmədova bildirib.

"Bu gün Azərbaycanda Türkiyə barədə çox geniş məlumatlar olsa da, Türkiyədə Azərbaycanı hər kəs gözəl tanımır və biz həm universitetlər, həm də orta məktəblərdə əlaqələrin yaradılmasına səy göstərməliyik. O cümlədən Çanaqqala döyüşündə həlak olan azərbaycanlı əsgər barədə geniş təbliğat aparılmalıdır", - Əhmədova əlavə edib.

Çanaqqala döyüşü, Birinci Dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında aparılan dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq, boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsi ilə İttifaq Dövlətləri geri çəkilmişlər.Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, ingilis və fransız donanmalarını geri çəkilməyə məcbur edildiyi gün - 18 mart, Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilib. Həmin döyüşlərdə Azərbaycan əsgərləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti