...

Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən hərbi qulluqçuya 6 il cəza verilib

Cəmiyyət Materials 1 Aprel 2010 15:05 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Namiq Hüseyn oğlu Rəcəbov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən hərbi qulluqçuya 6 il cəza verilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Namiq Hüseyn oğlu Rəcəbov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Rəcəbov hərbi hissədə xidmətdə olduğu müddətdə bölük komandiri, gizir Anar Allahverdiyev tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib və ondan qulluq etdiyi hərbi hissədəki döyüş anbarı, silahlar və s. barədə məlumatlar alıblar.

Rəcəbov Cinayət Məcəlləsinin dövlətə xəyanət (274), Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə (338.1), odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (232.2.1) maddələri ilə ittiham edilib.

Anar Allahverdiyev bir müddət əvvəl Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti