...

Azərbaycanda rezidenturada təhsilin təşkil edilməsinin məzmun və qaydaları təsdiq olunub

Cəmiyyət Materials 5 Aprel 2010 18:23 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti (NK) rezidenturada təhsilin təşkil edilməsinin məzmun və qaydalarını təsdiq edib. Bu barədə NK-nın məlumatında deyilir.
Azərbaycanda rezidenturada təhsilin təşkil edilməsinin məzmun və qaydaları təsdiq olunub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Nazirlər Kabineti (NK) rezidenturada təhsilin təşkil edilməsinin məzmun və qaydalarını təsdiq edib. Bu barədə NK-nın məlumatında deyilir.

Qərara əsasən, həmin qaydalar ali tibb təhsilinin dünya tibb məkanına inteqrasiya etməsi üçün hazırlanıb və ümumavropa tibb təhsili sistemi prinsiplərinə əsasən təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şərait yaradır.

Rezidenturada ali baza təhsili olan həm Azərbaycan vətəndaşları, həm də Azərbaycan vətəndaşı olmayan şəxslər təhsil ala bilərlə. Rezidenturada təhsil müddəti müxtəlif tibb ixtisasları üzrə təhsil proqramına əsasən 2 ildən 5 ilədək müəyyən olunur. Rezidenturaya tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti